Türkiyə Müdafiə Nazirliyi Suriyada hərbi əməliyyatlarla bağlı məlumat yayıb
20:50 09 Oktyabr 2019

Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında aparılan hərbi əməliyyatlarla bağlı məlumat yayıb.
Femida.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilib ki, hərbi əməliyyatlar terrorizmlə mübarizə sahəsində beynəlxalq hüquqa əsaslanaraq, Suriyanın ərazi bütövlüyünə tərəfdar olmaqla aparılmaqdadır.
“Fərat qalxanı" və "Zeytun budağı"nda olduğu kimi, bu əməliyyat zamanı da yalnız terrorçulara məxsus olan sığınacaqlar, istehkamlar, silah-sursat və hərbi texnikalar hədəfə alınacaq. Bundan başqa, mülki əhalinin, tarixi, mədəni, dini abidələrin zərər görməməsi üçün bütün lazımi diqqət göstəriləcək”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış bulağı" (Barış Pınarı) adlı hərbi əməliyyatlara başlayıb.
Femida.az
Oxunub: 165
Oxşar xəbərlər
- Türkiyə nümayəndə heyəti Daxili İşlər Nazirliyində - FOTO
- Türkiyənin Diyanət İşləri Başqanından Prezidentə məktub
- Türkiyədə Ordu Generalı vəfat etdi
- Türkiyədə Əhməd bəy Ağaoğlunun xatirəsi yad edildi
- Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb
- Türkiyə-İran sərhədində zəlzələ olub
- Türkiyə yenidən silkələndi
- Türkiyədə bu il 457 terrorçu zərərsizləşdirilib
- Türkiyə “S-400”lərdən imtina etməyəcək - Ərdoğan
- Türkiyədə “Kıran 6” antiterror əməliyyatı başlayıb