Ölkədə quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
10:04 10 Oktyabr 2019
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssis və əməkdaşları tərəfindən ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 2019-cu ilin sonu 2020-ci ilin əvvələrində epizotoloji monitorinqlər keçiriləcək.
AQTA-dan Femida.az-a verilən məumata görə, monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadasında, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarında aparılacaq.
Monitorinq aparılan müddətdə sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşlarından diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.
Femida.az
Oxunub: 381
Oxşar xəbərlər
- Ölkədə yağış və qar yağıb
- Ölkədə peyvəndləmə prosesi davam etdiriləcək
- Ölkədə peyvənd olunanların SAYI AÇIQLANDI
- Ölkədə ən gəlirli işlərdə maaşlar belədir - Statistika
- Ölkədə bugünkü yoluxma sayı açıqlandı
- Ölkədə əhalinin sayı açıqlanıb
- Ölkədə koronavirusa yoluxma fevral ayından artır-TƏBİB
- Ölkədə nikah və boşanmaların sayı açıqlanıb
- Ölkədə qrip əleyhinə vaksinasiya başlayır
- Ölkədə aparılan testlərin sayı 942 mini keçdi