Keçmiş məhkumdan narkotik vasitə götürülüb


10:28     10 Oktyabr 2019 terror%20hebs.jpg

Bakıda keçmiş məhkumdan narkotik vasitə aşkarlanıb.


Femida.az-ın xəbərinə görə, hadisə Xəzər rayon ərazisində baş verib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı İ.Əhmədov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 343 qram metamfetamin aşkarlanaraq götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 388