Şəki və Mingəçevirə gecə reysləri - Biletlər bu gündən satışda


10:51     10 Oktyabr 2019 2019/10/gece_reysleri_1570535868.jpg

18 oktyabr tarixindən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq.


Bu sözləri Femida.az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. Onun sözlərinə görə, avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək. Onun sözlərinə görə, biletlər bu gündən satışdadır.

“Bakı - Mingəçevir - 23:30, Mingəçevir - Bakı - 01:00, Bakı - Şəki - 23:30, Şəki - Bakı - 23:30 saatlarında olacaq. Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 gün qalmışdan 1 gün əvvələ kimi və ya gündəlik, eyni zamanda “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər”.

O, qeyd edib ki, reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. “Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçirilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 741