İsmayıllıda toxum emalı zavodu tikiləcək
11:11 10 Oktyabr 2019
Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı rayonunda toxum emalı zavodunun tikintisi üçün elan etdiyi açıq tenderin nəticəsi məlum olub.
Femida.az xəbər verir ki, tenderin qalibi “Qərazən” MMC-dir.
Qalib şirkətə 4 668 500 manat ödəniləcək.
Zavod nazirlik yanında Dövlət Toxum Fondunun nəzdində fəaliyyət göstərəcək. Ümumi sahəsi 1,1 hektar olacaq müəssisənin inzibati binadan, toxum təmizləyici mərkəzindən, elevatorlar və anbar üçün ayrılmış sahələrdən ibarət olması nəzərdə tutulub.
Zavod müasir və son dövrün tələblərinə cavab verən avadanlıqlarla təchiz ediləcək və saatda 5 ton emal etmək gücünə malik olacaq. Bununla yanaşı, emal və ya saxlanc üçün gətirilən toxumların çəkisində şəffaflığın qorunması məqsədilə zavod 60 tonluq tərəzi ilə təmin olunacaq.
Müəssisənin emal prosesindən qabaq toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan, 2 ədəd 1000 tonluq və 2 ədəd 500 tonluq, ümumi həcmi 3000 ton təşkil edən dörd elevatora sahib olması nəzərdə tutulub.
Femida.az
Oxunub: 506
Oxşar xəbərlər
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək
- İsmayıllıda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb
- İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
- İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub
- İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb
- İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb
- İsmayıllıda məktəbdə texniki işçini öldürən gözətçi tutulub
- İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
- İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb