Sosial yardım almaq üçün nə etməliyik? – Hüquqi yardım


16:14     17 Noyabr 2015 sosial%20yardim.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Vətəndaşlar tərəfindən tez-tez verilən suallardan biri də sosial yardım almaq üçün hansı sənədlərin tələb olunması ilə bağlıdır. Femida.az vətəndaşların müraciətlərini nəzərə alaraq həmin sənədlərin siyahısını tərtib edib.

Sosial yardımın alınması üçün tələb olunan əsas sənəd şəxsin ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərinin surəti və ailə tərkibi haqqında yaşayış yerindən arayışdır.

Bu sənədlərdən əlavə zərurət olduğu təqdirdə aşağıdakı sənədlər də tələb oluna bilər:

Nikah, boşanma, doğum ve ya ölüm haqqında şəhadətnamələrin surəti;

Qəyyumluqda olan uşaqlar üçün qəyyumluq haqqında rayon icra hakimiyyətinin sərəncamının surəti;

İş yerindən gəlir haqqında arayış;

Ailə üzvlərinin aldıqları bütün növ pensiya, müavinət ve təqaüdlərin məbləği haqqında arayış;

Ailə üzvlərindən hər hansı birinin aliment verməsini təsdiq edən məhkəmənin icra vərəqəsinin surəti;

Ailə üzvlerindən hər hansı birinin sahibkarlıq fəaliyyeti ilə məşğul olub-olmaması barədə arayış;

Ailə üzvlərindən hər hansı birinin müddətli həqiqi hərbi xidmətdə olması barədə arayış;

Ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və həyətyanı torpaq sahəsi barədə sənədlərin surəti;

Ailə üzvlərindən hər hansı birinin ali, orta-ixtisas və ya texniki peşə təhsili alması barədə təhsil müəssisəsindən arayış;

Ailə üzvləri tərəfindən əmlakın icarəyə verilməsi və ya icarəyə götürülməsi barədə müqavilənin surəti;

Məhkəmə tərəfindən ailə üzvünün itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmə qərarının surəti;

Ailə üzvünün axtarışda olması ve ya olduğu yerin məlum olmaması barədə arayış;

Ailə üzvlərindən hər hansı birinin azadlıqdan məhrum edilməsi barədə arayış;

Ailə üzvlərindən hər hansı birinin tam dövlət təminatında olması barədə arayış;

Asağıdakı hallarda sosial yardımın təyin olunmasnıdan imtina edilir:

Məlumatlar düzgün verilmədikdə;

Yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil aldıqda və yaxud Respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 10 mislindən çox məbləğdə təhsil haqqı ödədikdə ve ya alğı-satqı etdikdə;

Ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda;

Ailənin orta aylıq gəlirinin 50 faizindən cox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda;

Ailənin əmək qabiliyyətli, işləməyən üzvü məşğulluq orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə;

Ailəni təmsil edən şəxs və ya digər ailə üzvü vəfat etdikdə, yaxud "Unvanlı Dövlət Sosial Yardım Haqqında" Azərbaycan Respublikası Qanunun 9.0.1-ci, 9.0.2-ci, 9.0.3-cü və 9.0.4-cü maddələrində göstərilən səbəblərdən ailəni tərk etdikdə, həmin şəxsin payı ailəyə təyin olunmuş sosial yardımın məbləğindən çıxılır;

Başqa səbəbdən ailə üzvlərindən birinin ailəni tərk etməsi və ya ailə uzvlərinin sayının artması ilə əlaqədar ailəyə təyin edilmiş sosial yardımın məbləğində dəyişiklik aparılmır. Ailənin tərkibində baş vermiş belə dəyişiklik yalnız ailə sosial yardım almaq üçün təkrar müraciət etdiyi halda nəzərə alınır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4650