Türk Ordusu Suriyaya belə daxil oldu — GİZLİ VİDEO YAYILDI


12:03     10 Oktyabr 2019 19_10_10_1570694669.jpg

Xəbər verdiyimiz kimi Türk Silahlı Qüvvələri tərəfindən oktyabrın 9-da yerli vaxtla saat 16.00-da Suriya ərazisində başladılan “Sülh çeşməsi” (Barış pınarı) antiterror əməliyyatı nəticəsində Suriyanın Telabyad, Rasulayn və Zormağar bölgələrində yerləşən sığınacaqlara dörd istiqamətdən hücum olub.



Eyni anda bölgədə yerləşən Ayn İsa rayonunun ətrafındakı Aluk, Mustel, Esadiye, Fender ve Huşan kəndlərində PKK/YPG terror təşkilatlarına aid sığınacaqlar hədəfə alınıb.

Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən son məlumata görə, artıq 181 hədəf hərbi təyyarə və artilleriya ilə vurulub. Bu istiqamətdə atışlara cavab olaraq bölgədə terrorçular tərəfindən silah səsləri eşidilir. Axşam saatlarında bölgədə atışma səsləri daha da intensivləşib.

Türk hərbi təyyarələrinin görmə məsafəsini azaltmaq məqsədilə terrorçular tərəfindən ərazidə rezin təkərlər yandırılır.

Türk Ordusunun əməliyyata başlamasının görüntüləri yayılıb. Həmin videonu təqdim edirik:


Açar sözlər: #Türkiyə_Ordusu   #Video   #hərbi_xəbərlər  

Oxunub: 7037