Yenə İranla sərhəd, yenə narkotik qaçaqmalçıları


16:15     17 Noyabr 2015 c51c1b2f1dff7ade3e27d89a06a77d18.jpg

İrandan gələn Azərbaycan vətəndaşı Zülfiyyə İzaulova narkotiklə həbs edilib.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, onun üzərində şəxsi yoxlama zamanı 68,820 qram olan tiryək aşkar edilib.

Z.İzaulova Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postunda saxlanılıb.

İrandan gələn digər Azərbaycan vətəndaşı Anar Kərimovun isə düz bağırsağında narkotik vasitələr aşkar olunub.

A.Kərimovdan 0,84 qram olan həşiş, 1,0 qram qurudulmuş marixuana, 6,10 qram metadon adlı preparat aşkar edilərək götürülüb. Hər iki faktla bağlı təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 881