72 yaşlı nazir bıçaqlandı - 2 nəfər saxlanıldı


13:12     10 Oktyabr 2019 bicaq.jpg

İndoneziyanın siyasət, ədliyyə və təhlükəsizlik məsələləri üzrə əlaqələndirici - naziri Viranto hücuma məruz qalıb.


Femida.az-ın məlumatına görə, 72 yaşlı nazir Banten əyalətində səfərdə olarkən naməlum şəxs ona bıçaqla iki zərbə endirib.

Hücum nəticəsində nazir xəstəxanaya yerləşdirilib. Ondan başqa, daha bir polis əməkdaşı xəsarət alıb.

Hadisə ilə bağlı hücum edən şəxs, daha sonra isə onun həyat yoldaşı saxlanılıb. Qadın hücumun planlaşdırılmasında şübhəli bilinir.

Femida.az

Açar sözlər:

Oxunub: 549