Bərdədə iki avtomobil toqquşub, xəsarət alan var


12:38     10 Oktyabr 2019 19_10_10_1570696104.jpg

Bərdədə iki minik maşını toquşub.

APA-nın yerli muxbirinin xəbərinə görə, hadisə rayonun Soğanverdilər kəndində qeydə alınıb. Bərdə rayon sakini, 1965-ci il təvəllüdlü Səfər Qurbanovun idarə etdiyi “Niva” markalı 90 PC 131 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olan “Mercedes” markalı 10 RG 951 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “Niva”nın sürücüsü S.Qurbanov ağır xəsarət alıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 384