Biləsuvarda keçmiş məhkumdan narkotik götürülüb


13:28     10 Oktyabr 2019 narkotik3.PNG

Biləsuvar polisi keçmiş məhkumda narkotik maddə aşkarlayıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əyricə kənd sakini, əvvəllər məhkum olunmuş V.Salmanovdan 2 kiloqramdan artıq tiryək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 426