Polis cinayət törədən 41 nəfəri saxlayıb
14:28 10 Oktyabr 2019

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 24 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 170
Oxşar xəbərlər
- Polis adı ilə dələduzluq edən şəxs saxlanıldı
- Polis Cəlilabadda xüsusi əməliyyat keçirdi
- Polisə silahlı müqavimət göstərən şəxslərə cinayət işi açıldı
- Saatlı polisi məktəblilərlə görüşdü
- Yol hərəkətinin təhlükəsizliyinə dair təlim keçirildi - Foto
- Bakıda qadına qarşı iyrənc əməl - Polis iki şəxsi saxladı
- Polisdən uğurlu əməliyyat: Adam öldürməyə cəhd edib qaçan şəxs saxlanıldı
- DİN Nizami küçəsində baş verən hadisə ilə bağlı məlumat yayıb - VİDEO
- Gömrük əməkdaşları uğurlu əməliyyat keçirib
- Bakının mərkəzində vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları məlum olub