İki piyada yol qəzasının qurbanı oldu


14:47     10 Oktyabr 2019 piyadada.jpg


Oktyabrın 9-da saat 7 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Ağayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakini Solmaz Abdullayevanı vurub.


DİN-dən Femida.az-a verilən məlumata görə, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Anoloji hadisə oktyabrın 9-da saat 21 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Əsəd Vəliyev idarə etdiyi “VAZ-2114” markalı avtomobillə yolu keçən həmkəndlisi Eşqin Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Hər iki faktla bağlı araşdrıma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 399