Nazirlikdən külək və yağış XƏBƏRDARLIĞI
15:03 10 Oktyabr 2019
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 21-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında mülayim gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Femida.az
Oxunub: 542
Oxşar xəbərlər
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlikdən bayramla bağlı əhaliyə müraciət
- Nazirlikdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
- Nazirlikdən şagirdlərin yerdəyişməsi ilə bağlı açıqlama
- Nazirlikdən şəhid ailələri və yaralılara psixoloji dəstək
- Nazirlikdən fermerlərə xəbərdarlıq
- Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gün...
- Nazirlikdən Qubadlıda məscidin təhqir olunması ilə bağlı BƏYANAT