Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalaya bilər


15:16     10 Oktyabr 2019 2019/10/azerbaycan_turkiye_bayragi_025_1570706317.jpg

Azərbaycan və Türkiyə preferensial ticarət barədə sazişin layihəsini hazırlayır.


Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, bu cür saziş artıq Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında imzalanıb. Bu sazişə əsasən Naxçıvan MR-dən Türkiyəyə məhsullar güzəştli şərtlərlə tədarük olunacaq.

Nazir müavini əlavə edib ki, Naxçıvan MR-in blokada vəziyyəti ilə əlaqədar regionun iqtisadiyyatı Azərbaycanın ümumi iqtisadiyyatından fərqlənir:

"Bununla əlaqədar olaraq yeni sazişin özünəməxsus xüsusiyyətləri olacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 339