Qırğızıstan Prezidenti Azərbaycana gələcək


15:23     10 Oktyabr 2019 2019/10/sooronbay_jeenbekov_160418_1570706656.jpg

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək.


Bu barədə Femida.az-a Qırğızıstanın Bakıdakı səfirliyindən bildiriblər.

Məlumata əsasən, onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

Oktyabrın 14-15-də keçiriləcək sammitdə türkdilli ölkələrin Ticarət-Sənaye Palatasının və Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 465