Ermənistanda hərbçi ağır qəza törədib


15:41     10 Oktyabr 2019 19_10_10_1570707763.jpg

Ermənistanın Ağrı dağı (Ararat) vilayətində ağır yol qəzası baş verib.


Femida.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün saat 16:30 radələrində İrəvan-Arazdəyən (Yerasx) avtomobil yolunun Məçitli (Nor Kyank) kəndi ərazisində qeydə alınıb.

Belə ki, “36 GR 295” qeydiyyat nömrə nişanlı “Opel” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini əvvəlcə ağaca, daha sonra yol kənarındakı “Erməni Mətbəxi” adlanan binanın hasarına çırpıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzada ağır xəsarət alan sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 519