Əbülfəs Qarayev Kolumbiya səfiri ilə görüşüb


17:35     10 Oktyabr 2019 19_10_10_1570710951.jpg

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, mədəniyyət sahəsində nəzərdə tutulan layihələr barədə məlumat verən nazir Kolumbiya tərəfini Azərbaycanda keçiriləcək beynəlxalq mədəniyyət tədbirlərində fəal iştiraka dəvət edib.

Görüşdə həmçinin gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən qarşılıqlı mədəniyyət günlərinin təşkili, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin təşviqi və perspektivləri barədə müzakirə aparılıb.

Səfir Luis Antonio Dimate Kardenas Azərbaycanla Kolumbiya arasında mövcud əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Açar sözlər:

Oxunub: 1820