Yevlaxda qətl törədilib

Yevlaxda qətl törədilib


20:02     10 Oktyabr 2019 bicaq_elbeyaxa_00.jpg

Yevlaxda qətl törədilib.

Daxili İşlər Nazirliyindən Femida.az - a verilən məlumata görə, oktyabrın 9-da saat 21 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisindən kənd sakini Rasim Nazarovun kəsilmiş-deşilmiş xəsarətlə Mingəçevir şəhər xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax RPŞ-yə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən kənd sakini Y.Çuqay saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 194