Suriyadan Türkiyəyə raket zərbələri endirilib, 6 nəfər ölüb


20:25     10 Oktyabr 2019 2019/10/585d9f39294cba7_1570724793.jpg

Türkiyənin Suriyanın şimalında apardığı “Barış bulağı” hərbi əməliyyatlarından sonra bu gün PKK/PYD-YPG və İŞID terrorçuları tərəfindən Türkiyə ərazisinə top və raket zərbələrindən atəş açılıb.


Femida.az-ın Türkiyənin “Hurriyət” qəzetinə istinadla verdiyi xəbərə görə, top və raket zərbələrinin endirilməsi nəticəsində Şanlıurfanın Akçakale, Birecik ve Ceylanpınar rayonları ilə yanaşı Mardinin Nusaybin rayonunda 6 nəfər ölüb, 70-dən çox insan yaralanıb.

Ölən və xəsarət alanlar arasında uşaqlar da var.

Femida.az

Açar sözlər:

Oxunub: 185