İki evdən pul, sənəd və qızıl-zinət əşyaları oğurlanıb

İki evdən pul, sənəd və qızıl-zinət əşyaları oğurlanıb


20:55     10 Oktyabr 2019 2019/10/15707-1570722845_1570726700.jpg

Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, cari il iyulun 27-dən avqustun 25-dək olan müddətdə Binəqədi rayonu ərazisindəki 2 evdən pul, sənəd və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Oktyabrın 6-da Sabunçu rayonu ərazisindəki evlərdən birinin həyətindən 1000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Ramana qəsəbə sakinləri olan 1 yeniyetmə və əvvəllər məhkum olunmuş O.Rzayev Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 142