Azərbaycanda gündəlik neft hasilatı 755 min barel olub
10:01 11 Oktyabr 2019
Azərbaycanda sentyabr ayı üzrə gündəlik neft hasilatı avqust ayı ilə müqayisədə 6 min barel artaraq 755 min barel olub.
Energetika Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu həcmin 683 min barelini xam neft, 72 min barelini kondensat təşkil edib. Gündəlik 560 min barel xam neft, 68 min barel kondensat, 6,2 min barel isə neft məhsulları ixrac edilib.
Beləliklə, gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.
Cari ilin yanvar - sentyabr aylarında orta gündəlik neft hasilatı 767 min barel təşkil edib.
Energetika Nazirliyi sentyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.
Femida.az
Oxunub: 665
Oxşar xəbərlər
- Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- G7 dekabra qədər Rusiya neftinə qiymət həddi tətbiq edə bilər
- Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
- Azərbaycan nefti 3 dollaradək bahalaşıb
- Neft bahalaşıb
- Azərbaycan neftinin qiyməti cüzi artıb
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
- Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb