Türkiyə “Barış pınar”ı əməliyyatında ilk şəhidini verdi


10:19     11 Oktyabr 2019 19_10_11_1570774935.jpg


Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında keçirdiyi “Barış pınar”ı antiterror əməiyyatının 3-cü günü terrorçu PKK/YPG-PYD qruplaşması silahlıları ilə atışma nəticəsində 1 hərbçi şəhid olub, 3-ü yaralanıb.


Femida.az “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.

Hadisə oktyabrın 11-də səhər saatlarında baş verib.

Qeyd edək ki, terrorçuların Suriya ərazisindən Türkiyənin Şanlıurfa və Mardin bölgələrinə atdığı raket və top mərmisinin partlaması nəticəsində 7 dinc sakin həlak olub, 85 nəfər yaralanıb. Ölənlərdən 2-si uşaqdır.

Femida.az

Açar sözlər: #türk   #şəhid  

Oxunub: 480