Cavid Qurbanov: "Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq”


11:26     11 Oktyabr 2019 cavid-qurbanov-yeni.jpg

"Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq".


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, bununla bağlı bəzi çatışmazlıqlar var idi: “Biz bunun üçün ölkə Prezidentinə müraciət etdik. Yolun bir tərəfi Biləcəridən başlayır. Xırdalan, Sumqayıt, Pirşağı, Zabrat-I, Zabrat -II, Sabunçu, Bakıxanov, Koroğlu istiqamətində elektrik qatarlarının xidmətindən istifadə etmək olacaq. Bu dairə təxminən 92 kilometrdir".

Sədr əlavə edib ki, son illərdə 1000 km-ə yaxın dəmir yolu təmir olunub.

Açar sözlər:

Oxunub: 499