Dələduzluğa görə hökm oxunan qadının cəzasının icrası təxirə salınıb


18:43     11 Oktyabr 2019 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Rühəngiz Cəfərovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Femida.az -ın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Ruhəngiz Cəfərova 5 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Ruhəngiz Cəfərovanın himayəsində 9 yaşlı övladı olduğu üçün hökmün icrası təxirə salınıb. Onun övladının 14 yaşı tamam olduqda hökmün icrasına yenidən baxılacaq.

İttihama görə, Ruhəngiz Cəfərova həbsdə olan qardaşının işini həll edərək azadlığa çıxaracağı vədi ilə Rövşən Quliyevdən 162 min manat pul alıb.

Digər zərrəçəkmiş Mahirə Quliyevadan isə iş görmək adı ilə 50 min manat pul alıb.

Hökmdə göstərilib ki, R.Cəfərova zərərçəkənlərdən Mahirə Quliyevanın pulunu qaytarıb, amma digər zərərçəkmişə pul qaytarılmayıb.

Qeyd edək ki, Ruhəngiz Cəfərovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 420