Ər arvadını boşandığı üçün öldürdü


16:32     11 Oktyabr 2019 19_10_11_1570797206.jpg


Beyləqanda ər arvadını boşandığı üçün öldürüb.


Hadisə rayonun Gigiyena və Epidemiologiya mərkəzində baş verib. Beyləqan rayon sakini, 25 yaşlı Bəhrəmli Könül Bəhmən qızı boşandığı üçün əri tərəfindən bıçaqlanıb. K.Bəhrəmlinin iş yerinə gələn keçmiş həyat yoldaşı ona, bir neçə bıçaq zərbəsi vurub. Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq K.Bəhrəmlinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. / qafqazinfo

Femida.az

Açar sözlər:

Oxunub: 367