Nazir müavini açıqladı - Müəyyən şəxslər vaxtından əvvəl pensiya ala biləcək


16:34     11 Oktyabr 2019 2019/10/_52a016cbfd72c35bf5685ca3550bad8e__1570797005_1570797366.jpg

"Pensiya islahatları çərçivəsində müəyyən şəxslər yaşı tamam olmadan pensiya ala bilərlər".


Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Onun sözlərinə görə, bəzi peşə sahiblərinin erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır:

"Biz düşünürük ki, pensiya sahəsində bir neçə müstəvidə islahatlar aparıla bilər. Bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin fərqli şəkildə erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır".

Nazir müavini qeyd edib ki, bu məsələ barədə xarici ekspertlərlə ortaq məxrəcə gəldikdən sonra ictimaiyyətə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 462