Aprel döyüşlərini araşdıran komissiyanın qapalı iclasından - DETALLAR


16:51     11 Oktyabr 2019 19_10_11_1570797754.jpg


Ermənistan parlamentində Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının dünənki qapalı, gizli iclasından bir sıra detallar məlum olub.



Femida.az ordu.az-a istinadən xəbər verir ki, iclasda Aprel döyüşlərinin iştirakçısı, “İşıqlı Ermənistan” fraksiyasının deputatı Harutyun Babayanın köməkçisi Sarkis Niazyan dindirilib.

Qeyd olunur ki, iclasda Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi də dindirilib.

Məlumata görə, istintaqı aparan şəxs əsasən komissiyanın sədri Andranik Köçəryan olub və sözlərini tez-tez “Mənim Addımım” fraksiyasından olan komissiyanın üzvü Tiqran Karapetyana ötürüb.

Bu günə qədər dindirilən bütün şəxslər hər şeyin normal olduğunu və komissiyanın hər hansı qüsurlar tapmadığını təsdiq edib.

Yeri gəlmişkən, komissiya üzvləri iclasdan “uteçkalar” etməmək barədə bir-birlərinə söz verib.

Femida.az

Açar sözlər: #aprel  

Oxunub: 655