Bakıda qadın maşının altına düşərək ölüb


17:02     11 Oktyabr 2019 piyada%20qadin.jpg

Oktyabrın 10-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova vurulub və həmin şəxs zərbədən qarşıdan gələn Bakı şəhər sakini C.Abdullayevin idarə etdiyi “Wolkswagen” markalı avtomobilin altına düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.

Səbail Rrayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 407