Əfsanəvi kosmonavt vəfat edib


19:12     11 Oktyabr 2019 2019/10/20731-1570796690_1570798792.jpg

Əfsanəvi sovet kosmonavtı Aleksey Leonov vəfat edib.

Femida.az RİA Novosti-yə istinadən xəbər verir ki, kosmonavt uzun sürən xəstəlikdən sonra 86 yaşında Moskva Klinik Xəstəxanasında vəfat edib.

Leonov oktyabrın 15-də Mıtışaxdakı xatirə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 1965-ci ilin martında Leonov dünyada açıq kosmosa çıxan ilk şəxs olub. O, açıq kosmosda 12 dəqiqə qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 551