Quba sakini törətdiyi cinayətin izini itirə bilmədi


19:30     11 Oktyabr 2019 2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-640.jpg

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən Rustov kənd sakini, 44 yaşlı Asəf Ocaqov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonundakı Regional qrupundan Femida.az-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Araşdırmalarla məlum olub ki, məntəqəyə qapını sındırmaq yolu ilə daxil olan və oradakı şkafdan pulları oğurlayan A.Ocaqov cinayətin izini itirmək məqsədilə içəridəki müşahidə kamerasını sındıraraq hadisə yerindən uzaqlaşıb.

Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Bu şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 354