Xəzərdə kilkə balıqlarının sayı niyə azalıb? - Nazirlikdən açıqlama


17:20     11 Oktyabr 2019 2019/10/fish_kilka_121113_1570799925.jpg

"Xəzər dənizində kilkə və nərə balıqlarının sayı azalıb".

Femida.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən dəyirmi masada ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Departament direktoru nərə cinsli balıqların kilkə balıqları ilə qidalandığını bildirib: "Bu da kilkələrin sayının azalmasına təsir göstərir. Bundan başqa, son illərdə Xəzər dənizində "Mne obsis ledi" adlı həşərat əmələ gəlib. Həmin həşəratlar kilkə balıqlarını məhv edir. Kilkə balıqlarının sayının azalması isə öz növbəsində nərə balıqlarının qidalanmasının azalması deməkdir. Nəticədə də nərə balıqları qidalana bilmir və ehtiyatları azalır".

Femida.az

Açar sözlər:

Oxunub: 211