AXCP üzvü siyasi mənsubiyyətinə görə saxlanılmayıb - Bakı polisi
17:31 11 Oktyabr 2019
“Qanunsuz küçə ticarəti ilə məşğul olan AXCP üzvü Tofiq Məmmədovun polis tərəfindən saxlanılmasının onun siyasi mənsubiyyəti ilə əlaqəsi yoxdur”.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, əvvəllər CM-nin 177.2.1 maddəsi ilə məhkum olunanT.Məmmədov həmçinin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olduğuna görə dəfələrlə inzibati məsuliyyətə cəlb olunub.
Qeyd olunub ki, o, ictimai diqqəti üzərinə yönəltmək üçün fəaliyyətinin siyasi mənsubiyyəti ilə bağlı olduğuna dair iddialar irəli sürməklə metronun “İnşaatçılar” stansiyasının qarşısında təkbaşına aksiya keçirməyə cəhd göstərdiyinə görə, Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb:
“Ona ticarətlə məşğul olmasına dair müxtəlif yerlər təklif olunsa da o, bu təkliflərdən imtina edib, yalnız əhalinin sıx olduğu, piyada gediş-gəlişinin intensiv olduğu yerlərdə qanunsuz fəaliyyətini davam etdirib. Həmin iddiallar əsassızdır, həqiqəti əks etdirmir”.
Femida.az
Oxunub: 495
Oxşar xəbərlər
- AXCP sədrinin köməkçisi 200 manat cərimələnib
- AXCP-nin keçmiş funksioneri Əli Kərimlini məhkəmədə uddu
- AXCP üzvü karantin rejimini pozduğu üçün saxlanıldı
- AXCP fəalına işgəncə verilməsi barədə məlumatlar əsassızdır - RƏSMİ
- AXCP-nin keçmiş funksionerindən Əli Kərimliyə qarşı yeni ittihamlar
- AXCP Gənclər Təşkilatının sədri həbs olundu
- AXCP sədrinin müşavirinə hökm oxundu