Gəncə sakini qonşusunu güllələyərək öldürüb
17:44 11 Oktyabr 2019
Gəncədə qətl hadisəsi verib.
Femida.az-ın məlumatına görə, hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb. Belə ki, şəhər sakini Akif İsmayılov 1989-cu il təvəllüdlü Zeynalabdin Kərimovla torpaq üstə mübahisə edib.
Mübahisədən sonra Akif İsmayılov öz ilə gətirdiyi qoşalülə ilə Z. Kərimova atəş açıb. Nəticədə sonuncu aldığı ağır güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxs tutulub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Oxunub: 360
Oxşar xəbərlər
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Gəncədə 152 kq istehlaka yararsız ət aşkarlanıb
- Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb