Bakı sakini bıçaqlandı


09:02     12 Oktyabr 2019 metro%20bicaq4.jpg

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az xəbər verir ki, rayon ərazisində 1987-ci il təvəllüdlü Axundzadə Şəhriyar Sakit oğlu bir neçə nəfərlə mübahisə edib. Nəticədə o, qarın və ürək nahiyəsindən 2 bıçaq xəsarəti alıb.

Yaxınlıqda olan taksi sürücüsü onu xəstəxanaya çatdırıb. Qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan yaralı cərrahi əməliyyat edilib. İlkin məlumata görə, Ş.Axundzadə borc götürdüyü pulu qaytarmadığına görə tərəflər arasında mübahisə yaranıb.

Yasamal Rayon Polis İdarəsindən isə bildirilib ki, Ş.Axundzadə yaşadığı məhəlləyə daxil olarkən bir neçə nəfərin yüksək səslə danışdığını görüb. Buna etiraz edərkən o, bıçaq xəsarətləri alıb.

Hadisənin təfərrüatı araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 300