Xüsusi əlamətləri olan azərbaycanlı qatil metroda tutuldu
10:54 12 Oktyabr 2019
Üç il əvvəl qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Moskva metrosunun “Konkovo” stansiyasının foyesində silahla saxlanılıb.
Femida.az oxu.az-a istinadən xəbər verir ki, onun üzərində tapança, patron və saxta pasport aşkarlanıb.
Məlum olub ki, əvvəllər soyğunçuluq və oğurluqda ittiham olunan şəxs 47 yaşlı azərbaycanlı Ceyhundur.
Müstəntiqlərin dediyinə görə, Ceyhun 2016-cı ildə həmyerlisini qətlə yetirib. Ceyhunun xüsusi əlamətləri var. Bildirilir ki, onun bir ayağı axsayır və belini əyib gəzir.
Lakin onun fiziki qüsurlu olması qaçışına mane olmayıb. Mənbələrdən alınan məlumata görə, Ceyhun bir neçə dəfə polislərdən qaçmağa müvəffəq olub.
Lakin Ceyhun oktyabrın 11-də tutulub. Əməliyyatçıların onun izinə necə düşdüyü də məlum olub.
Belə ki, əməliyyatçılar Ceyhunun izinə bir neçə gün əvvəl mobil telefon oğurlamasından sonra düşə biliblər.
Femida.az
Oxunub: 532
Oxşar xəbərlər
- Xüsusi Təyinatlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək üçün təlim keçirilir
- Xüsusi təyinatlıların təlimində qəzalar baş verdiyi halda meyitin geri göndərilməsi qaydası müəyyənləşir
- Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub - VİDEO
- Xüsusi təyinatlıların təliminə dair anlaşma memorandumu təsdiqlənib
- Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində müxtəlif silahlardan atəş açıb - VİDEO
- Xüsusi təyinatlılara taktiki təlimlər keçirilib
- Xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ
- Xüsusi karantin rejiminin müddəti 1 sentyabrdək uzadıldı
- Xüsusi Təyinatlı Qüvvələrin yaranmasından 22 il ötür
- Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verildi