Rusiyalı general Azərbaycana gəlib - Fotolar
12:07 12 Oktyabr 2019
4 oktyabr 2019-cu ildə, polis general-leytenantı, Rusiya Federasiyasının dövlət müşaviri, eləcə də, Xabarovsk vilayətinin ictimai palatasının üzvü, insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasına ictimai nəzarət komissiyasının sədri Parxomenko Viktor İvanoviç və xanımı Rusiya Federasiyasında Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (Birlik) Regionlararası Konqreslər Assosasiyasının Vitse-Prezidenti Nazir Hətəmovun dəvəti ilə Azərbaycana işgüzar səfərdə olub.
Femida.az yenigundem.az-a istinadən xəbər verir ki,səfər çərçivəsində General–Leytenant Porxomenko Viktor İvanovic və xanımı İçəri Şəhərdə tarixi-memarlıq abidələrini ziyarət edib, tarixi ilə tanış olmuşdur.
Səfər çərçivəsində General-Leytenant və xanımı Şəhidlər Xiyabanını ziyarət etmiş, Şəhidlərin məzarı üstünə gül dəstələri qoymuş, onların ruhlarını ehtiramla anmışlar.
Azərbaycana səfər çərçivəsində Nazir Hətəmov, Porxomenko Viktor İvanoviç və xanımı Şəki, Qəbələ, İsmayıllı,Qax rayonlarına səfər edib, həmin regionların tarixi, mədəniyyəti, mətbəxi ilə tanış olublar.
Daha sonra qonaqlar Şaşlova İya Oleqovanın təşkilatçılığı ilə “5 saylı ASAN Xidmət”i ziyarət edib, mərkəzin iş prinsipi ilə yaxından tanış olub, Azərbaycanda belə bir mərkəzlərin yaradılmasını yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Femida.az
Oxunub: 776
Oxşar xəbərlər
- Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə bağlı qərar çıxarılıb
- General Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub - RƏSMİ
- Ukraynalı general: "Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı məhv edilib"
- Generalın həbsində YENİ DETALLAR: 6 milyonluq vergi borcu və...
- "Ukraynada Rusiyanın 4 generalı və 21 polkovniki ölüb”
- Rusiyada istefada olan kəşfiyyatçı general intihar edib
- “Rusiyanın daha 2 generalı öldürülüb”
- Rusiya ordusunun daha bir generalı Ukraynada öldürülüb
- Ermənistan ordusunun generalına qarşı ittiham irəli sürülüb
- Ukrayna Rusiya qərargahlarını sıradan çıxarıb, 1 general, 300-dək hərbçi öldürülüb