Bakıda bıçaqlanan gənc ölüb


12:15     12 Oktyabr 2019 metro%20bicaq4.jpg


Bakıda bıçaqlanan gənc oğlan ölüb.


Femida.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Məlumata görə, 24 yaşlı Cəlal Maarifzadə qonşusu və həmyaşıdı Rəhman İsmayılov tərəfindən bıçaqlanıb.

Həkimlər C.Maarifzadənin həyatını xilas edə bilməyib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Femida.az

Açar sözlər: #bıçaq  

Oxunub: 403