Bu il Qərb ölkələrindən Azərbaycana nə qədər tuist gəlib? - Rəsmi STATİSTİKA


12:23     12 Oktyabr 2019 19_10_12_1570869143.jpg


Bu ilin 9 ayında Azərbaycana təkcə Ərəb ölkələrindən yox Qərb ölkələrin gələn turistlərin sayında da böyük artım müşahidə olunub.

Femida.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə məlumat verib. Onun sözlərinə görə, ən böyük artım 70 faizlik göstərici ilə birinci yerdə olan İsrail vətəndaşlarının sayındadır.

"9 ay ərzində Birləşmiş Krallıqdan 20287 nəfər (artım - 26,79%), Almaniyadan - 16504 (+21.68%), İtaliyadan - 10985 (+16.65%), Polşadan - 5511 (+31.94%), Fransadan - 7373 (+14.40%), Niderlanddan - 5074 (+14.70%) və s. ABŞ - 15032 (+22.78%). Bundan əlavə, Yaponiya - 5111 (+31.94%). İsrail - 45735 (+70.11%). Avstraliya - 3163 (+19.54%). Kanada - 3852 (+26.59%) nəfər turist Azərbaycana gəlib".

Qeyd edək ki, xarici səyahətçilərin sayı Dövlət Sərhəd Xidməti tərəfindən verilən məlumata əsasən, Azərbaycanın dövlət sərhədini keçmiş xarici vətəndaşların sayına müvafiq olaraq hesablanıb. Bu rəqəmlər turizm məqsədilə səfər edən şəxslərlə yanaşı, BMT-nin Ümumdünya Turizm Təşkilatının 2008-ci ilin Turizm Statistikası üçün Beynəlxalq Tövsiyələrinə uyğun olaraq, bu kateqoriyaya aid edilməyən digər səyahətçiləri, misal üçün, sərhəd işçiləri, uzunmüddətli işçilər və tələbələr, pasiyentləri və s. əhatə edir. Nəticə etibarilə, gəlmə turizm axını bu hesabatda qeyd edilmiş səyahətçilərin sayından bir qədər azdır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #turist   #DTA   #turizm  

Oxunub: 3345