Bakıda qadına qarşı soyğunçuluq edən taksi sürücüsü saxlanılıb
12:55 12 Oktyabr 2019
İdarə etdiyi avtomobilinə sərnişin qismində oturmuş qadına qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 11-də saat 1 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında “Renault” markalı avtomobilə sərnişin qismində oturub Dədə Qorqud qəsəbəsinə getdiyini, qəsəbə ərazisində isə sürücünün onu hədələyib 120 manat pulunu aldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Suraxanı RPİ-də araşdırma aparılır.
Femida.az
Oxunub: 416
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb