Sabah Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


17:22     12 Oktyabr 2019 19_10_12_1570871620.jpg

Oktyabrın 13-ü axşam saatlarından etibarən akademik Şəfaət Mehdiyev küçəsinin general Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.


Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.



Femida.az

Açar sözlər: #BNA  

Oxunub: 1780