İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilib
15:36 12 Oktyabr 2019
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Əməliyyat-İstintaq Baş İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Abşeron rayonu, Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisində keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Cəfərov Mehman Qardaş oğlu saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi 1 ədəd sellofan torbada, 5 ədəd bağlamada, qablaşdırılma ilə birlikdə çəkisi 5
kiloqram 26 qram olan narkotik vasitə - həşiş aşkar edilib.
Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsində əli olan digər Azərbaycan Respublikası vətəndaşı Yüsübov Əbülfət Abdulhüseyn oğlu Sumqayıt şəhəri ərazisində əməliyyatçılar tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 446
Oxşar xəbərlər
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır
- İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
- İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub
- İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana keçmək istəyən narkotacir saxlanılıb
- İrandan gələn daha bir maşında narkotik tapıldı - FOTO
- İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub