Erməni jurnalistlərin Gürcüstana girişinə icazə verilməyib


19:12     12 Oktyabr 2019 19_10_12_1570891372.jpg

Ermənistandan olan 3 jurnalist – Yuri Manvelyan, Tiqran Xaçatryan və Tiqran Akopyanın Gürcüstana girişinə icazə verilməyib.

Femida.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat paylaşıb. Bildirilib ki, oktyabrın 11-də Ermənistan-Gürcüstan sərhədinin Bavra-Ninotsminda gömrük-keçid məntəqəsinə gələn 3 erməni jurnalist Gürcüstan sərhədçiləri tərəfindən 4 saata yaxın gözlədilib. Daha sonra jurnalistlərin mikrofon və kameralarını ölkəyə keçirməsinə icazə verilməyib. Avadanlıqlarını geridə qoyaraq yenidən sərhədi keçmək istəyən jurnalistlərə təkrar olaraq rədd cavabı alıblar.

Erməni jurnalistlərin Axaltsixe, Axalkalaki və Tbilisidə görüşlər keçirəcəyi bildirilib. Gürcüstan tərəfinin jurnalistlərin ölkəyə buraxılmamasının səbəbini izah etmədiyi bildirilib.

Analoji hadisənin Rusiya-Gürcüstan sərhədində yerləşən Larsi gömrük-keçid məntəqəsində də baş verdiyi bildirilib. Belə ki, Sankt-Peterburqdan gələn avtomobilin həddindən artıq hərbi görünüşə malik olması əsas gətirilərək içərisindəki jurnalistlərin və kinematoqrafların Gürcüstana girişinə icazə verilməyib. Səyahət səbəblərinin Gürcüstanda və Ermənistanda sənədli film hazırlamaq olduğunu bildirdikdən sonra heyət üzvlərindən dördü Gürcüstan ərazisinə buraxılıb, avtomobilin sürücüsü isə Rusiyaya geri qayıdıb.

Açar sözlər:

Oxunub: 455