Mingəçevirdə 82 yaşlı qadın evində ölü tapılıb


19:50     12 Oktyabr 2019 19_10_12_1570891810.jpg

Mingəçevir şəhərində 82 yaşlı qadın evində ölü tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü But Stasiya Nikolayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 504