“Türkiyə hərbçiləri ABŞ əsgərlərinə atəş açmayıb”
20:34 12 Oktyabr 2019
Türkiyə Silahlı Qüvvələri Suriyanın Kobani şəhəri yaxınlığında amerikalı hərbçilərə atəş açmayıb.
Femida.az xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
“ABŞ və ya beynəlxalq koalisiya əsgərlərinin atəşə tutulmasından söhbət gedə bilməz. Biz ABŞ tərəfi ilə koordinasiyalı fəaliyyət göstəririk”, - deyə Hulusi Akar bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Pentaqonun rəsmi nümayəndəsi oktyabrın 11-də yerli vaxtla təxminən saat 21:00-da Amerika hərbçilərinin Kobani rayonunda Türkiyə artilleriyasının atəşinə məruz qaldığı, lakin insident nəticəsində xəsarət alanların olmadığı barədə məlumat yaymışdı.
Oxunub: 569
Oxşar xəbərlər
- “Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimlər davam etdiriləcək” - Zakir Həsənov
- “Türkiyə bursları”na müraciət başladı
- “Türkiyə Azərbaycana dəstəyini əsirgəməyəcək”- Hulisi Akar
- “Türkiyə Prezidenti təhlükəsizlik tədbirlərinin möhkəmlənməsində mühüm rol oynayır”
- “Türkiyə hər zaman var olsun!” - Azərbaycan XİN
- “Türkiyə əsla münaqişəyə cəlb edilməyib" - İlham Əliyev
- “Türkiyə dəstəyini bir daha ifadə etdi” - Ceyhun Bayramov
- “Türkiyə Moskva razılaşmasını dəstəkləyir” - Lavrov
- “Türkiyə, Pakistan və Macarıstanın dəstəyini yüksək qiymətləndiririk” - Hikmət Hacıyev
- “Türkiyə Qarabağ məsələsində Azərbaycanı birmənalı dəstəkləyir” - Spiker