Bakı-Sumqayıt yolundan istifadə edənlərin nəzərinə!

Bakı-Sumqayıt yolundan istifadə edənlərin nəzərinə!


21:12     12 Oktyabr 2019 19_10_12_1570894718.jpg

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Femida.az-a bildirib ki, Bakı-Sumqayıt yolunun Sumqayıt istiqamətində 10.5-ci kilometrindən 11.5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqamətində) hissəsi təmir işlərinin aparılması ilə əlaqədar oktyabrın 12-dən etibarən avtomobillərin hərəkəti üçün qismən məhdudlaşdırılıb.

Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Açar sözlər:

Oxunub: 166