Göygöl sakini Gəncədə döyülüb


21:22     12 Oktyabr 2019 19_10_12_1570895386.jpg

Gəncə şəhərində döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Bağman adlan ərazisində Daş bazarında qeydə alınıb. Belə ki, Göygöl rayonunun Yeni Qızılca kənd sakini Elvin Etibar oğlu Səttarov bazarda tanıdığı Sənan Sahiboğlu tərəfindən döyülüb. Xəstə yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Yaralıya lazımi tibbi yardım göstərilib, onun vəziyyətin orta ağır olduğu bildirilir. Hadisə ilə bağlı polisə məlumat verilib. Məlumata görə, dalaşanların ikisi də “KamAZ” sürücüsüdür. Mübahisəyə səbəb isə Sənanın Elvinə “sən kubiki (daşı – red.) niyə ucuz satmısan?” deməsi olub. Elə bundan sonra tərəflər arasında mübahisə düşüb. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 458