Təmir gedən evdə partlayış oldu: ANA VƏ OĞLU YANDI (VİDEO)


20:14     12 Oktyabr 2019 19_10_12_1570896965.jpg

Goranboyda dəhşətli partlayış olub.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Sarov kənd sakini Müzəffər Əliyevə məxsus təmiri tamamlanmamış evdə baş verib.

Güclü partlayış yanğına səbəb olub. Həmin vaxt evdə olan ev sahibinin həyat yoldaşı - 45 yaşlı Gülçöhrə Əliyeva və oğlu - 26 yaşlı Rizvan Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlar Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Vəziyyətləri ağır olduğundan daha sonra paytaxta - Bakıya göndəriliblər.

İlkin ehtimala görə, partlayışa evin döşəməsinə vurulan dolğunun alışması səbəb olub. Böyük ehtimalla, döşəməyə kimsə siqaret çəkən zaman ya köz, ya da elektrik naqillərindən qığılcım düşüb.
Hadisənin baş vermə səbəbi dəqiqləşdirilir.

Videonu təqdim edirik


Açar sözlər:

Oxunub: 3647