Avro-2020: Millimiz Macarıstanın qonağı olacaq


11:28     13 Oktyabr 2019 2019/10/3E0557B3-D92A-4D6C-9DA5-4527A8361F15_1570951315.png

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin E qrupunda Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşacaq.

Femida.az xəbər verir ki, Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində 4 qrupda 9 qarşılaşma təşkil olunacaq. C, E və G qruplarında iki, I qrupunda isə 3 oyun baş tutacaq.

Macarıstan yığmasının 9 xalı (6 oyuna), Azərbaycan milli komandasının isə 1 (5 oyuna) xalı var.

Femida.az

Açar sözlər:

Oxunub: 437