İranda ağır qəzada 6 nəfər öldü


11:51     13 Oktyabr 2019 2019/02/iran-tecili1_1550235783.jpg

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda "Pride" markalı avtomobil "Peugeot" markalı avtomobillə toqquşub.
Femida.az bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə səhər saat 6:00 radələrində qeydə alınıb.

Xaledi əlavə edib ki, yol qəzasında 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Təşkilat rəsmisi hadisə yerinə 3 təcili yadım maşınının göndərildiyini deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 432